Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Zirvəyə doğru” azərbaycanlı bəstəkarla iranlı ifaçının birgə yaradıcılıq məhsuludur

Bakı, 23 yanvar, Abdulla Suvar, AZƏRTAC

Bir neçə gündür ki, Bakıda səfərdə olan Təbrizin “Barış” etno-rok musiqi qrupunun solisti və rəhbəri Məsud Barış AZƏRTAC-ın qonağı olub. İranlı ifaçının paytaxtımıza səfərinin əsas məqsədi azərbaycanlı bəstəkar Tural Məmmədli ilə birgə ərsəyə gətirdiyi “Zirvəyə doğru” diskinin təqdimatı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, yanvarın 24-də Bakıda təqdimatı keçiriləcək diskə 11 mahnı daxil edilib. Hər iki müəllifin bəstələrinin yer aldığı diskdəki ifalar Məsud Barışa məxsusdur.

Azərbaycanlı bəstəkarla ilk iş birliyi olan albomdan bəhs edən Məsud Barış deyib: “Əsasən vokal ifaçısı kimi tanınsam da, Tural Məmmədlinin bəstələri çox xoşuma gəldi. İnanıram ki, diskdə yer alan mahnılar dinləyicilərin ürəyincə olacaq. Bu diskdə müasir dünyada dinləyici zövqünə yaxın olan, melomanları özünə cəlb edə bilən xeyli mahnı var”.

Bakıda bir neçə dəfə musiqisevərlər qarşısında çıxış etdiyini söyləyən iranlı soydaşımız gənc bəstəkar Tural Məmmədlinin təqdimatında paytaxtımızda yeni bir konsert proqramı ilə çıxış etmək niyyətində olduğunu söyləyib.

Azərbaycana olan sonsuz sevgisini gizlətməyən Məsud Barış Bakıda aldığı təhsil və ötən illər ərzində rəhbərlik etdiyi “Barış” etno-rok musiqi qrupunun qazandığı uğurlardan da danışıb: “Bakıya gəlişim adi bir təsadüf nəticəsində baş verdi. Bir neçə il əvvəl Azərbaycanın görkəmli vokal ustası Lütfiyar İmanov Təbrizdə konsert verərkən səhnəni yerli ifaçılarla bölüşürdü. O, çox ifaçını dinləsə də, mənə üstünlük verərək dedi: “Sən mənin gəncliyimi xatırladırsan”.

Onunla birgə konsert verdik. Lütfiyar müəllimin dəvəti ilə ilk dəfə Bakıya gəldim, burada bir il ondan sənətin sirlərini öyrəndim. Görkəmli vokalçının qəfil itkisi məni çox kədərləndirdi. Onunla başladığım işi yarımçıq qoymayacağıma və vokal sənətinə tam yiyələnəcəyimə söz verdim. Elə bu istəklə də Bakıda Azərbaycan Dövlət Konservatoriyasında klassik vokal sənəti üzrə təhsil aldım, görkəmli pedaqoqlardan dərs alaraq sənətin sirlərinə yiyələndim. Əlbəttə ki, yüksək təhsil görmədən peşəkar səviyyəyə yüksəlmək mümkünsüzdür. Dahi Üzeyir Hacıbəyli olmaqla demək olar ki, bütün klassik bəstəkarların yaradıcılığından bəhrələnməyə çalışıram. Xüsusilə, professor Qara Qarayevin yaradıcılığını özüm üçün təməl hesab edirəm. Bəlkə də bunun nəticəsidir ki, yaradıcılığımda digər janrlarla yanaşı klassik əsərlər də mühüm yer tutur”.

“Mən klassik musiqi təhsili almışam, Avropa klassiklərinin əsərlərini ifa etməyi öyrənmişəm. Amma bizim cəmiyyətdə pop və rok musiqisi çox sevilir. Boşluğun yaranmamasına görə çalışıram ki, klassik rokun sintezindən elə bir musiqi yaransın ki, həm gənclərin zövqünü oxşasın, həm də milli üslubu insanlara çatdıra bilək”,- deyə Məsud Barış vurğulayıb.

Təbrizdə rəhbərlik etdiyi musiqi məktəbində 300-dən çox şagirdin təhsil aldığını söyləyən musiqiçi deyib: “İranda musiqi təhsili almağa böyük maraq var. Məktəbdə gənclərlə yanaşı, yuxarı yaşda olan tələbələr də var. Burada klassik, eləcə də Azərbaycan və İran musiqisini təxminən 30 müəllim tədris edir. Pedaqoqların əksəriyyətinin peşəkar musiqiçilər olması gələcəkdə tələbələrin arasından çoxlu istedadlar yetişəcəyinə ümid yaradır”.

Məsud Barış bədii rəhbəri olduğu “Barış” etno-rok musiqi qrupunun uğur və planlar barədə də məlumat verib. Tatarıstanın paytaxtı Kazan şəhərində türkdilli ölkələr arasında keçirilən “Türkvision 2014” mahnı müsabiqəsinin finalında onun rəhbərlik etdiyi musiqi qrupunun çıxışını tamaşaçılar heyranlıqla dinləyiblər. Qrup təkcə İranda deyil, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrində də populyarlıq qazanıb. Birləşmiş Ştatların bir sıra şəhərində, o cümlədən Virciniya ştatında və San-Fransiskoda konsert proqramı ilə çıxış edib. “Barış” qrupu Türkiyənin Ankara, İstanbul və digər şəhərlərində konsert proqramı ilə çıxış etməyi nəzərdə tutub.

Ümumilikdə 50-dən çox əsərin müəllifi olan Məsud Barışın musiqi albomlarına həm simfonik, həm simli orkestr, tamaşa, simli kvartet, ansambllar, solo alətlər üçün əsər və mahnılar daxildir. Onun yaradıcılıq məhsullarının ifaçıları arasında kifayət qədər tanınmış simalar var. Əsərləri bir çox festivallarda uğur qazanan sənətkarın bəstələri Bakıda “Gəncliyin səsi” incəsənət festivalında, ABŞ-ın Texas ştatında, eləcə də Vyana, Budapeşt, Balatonfuret, Valetta, Moskva, İstanbul, Tehran və digər şəhərlərdə səslənib.

Təqdimatı keçiriləcək diskin müəlliflərindən biri Tural Məmmədli musiqilərin yazılışının ölkəmizdə hazırlandığını və bədi rəhbər olduğu “Etno-klass” instrumental ansamblının istedadlı musiqiçilərinin müşayiəti ilə ərsəyə gəldiyini söyləyib.

Təqdimat mərasimindən sonra Azərbaycanda və dünyanın müxtəlif ölkələrində iranlı musiqiçi ilə birgə konsert proqramı ilə çıxış etmək barədə planlarından danışan gənc bəstəkar Tural Məmmədli deyib: “Biz birgə yaradıcılıq məhsulu olan əsərləri geniş musiqisevərlər auditoriyasına təqdim etmək istəyirik. Hazırda növbəti albom üzərində işləyirik. Həmçinin Bakıda tamam yeni və orijinal formatda konsert verməyi düşünürük”.

Onu da qeyd edək ki, Tural Məmmədli ilə Məsud Barışın daha bir uğurlu layihəsi Təbrizin 2018-ci il “İslam ölkələrinin turizm paytaxtı” seçilməsindən sonra həyata keçib. Təbrizdə keçirilən təntənəli açılış mərasimində səslənən himnin müəllifi də Tural Məmmədli olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir