Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Zirvəyə gedən yol...

Bu gün görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi tamam olur

Bakı, 5 fevral, AZƏRTAC

Bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə bəstəkarın yubileyi ölkəmizdə və dünyanın bir çox yerlərində silsilə tədbirlərlə qeyd olunmaqdadır.

Novator sənətkar kimi adını mədəniyyət tariximizə böyük həriflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Xatirə Həsənzadənin AZƏRTAC-ın sifarişi ilə hazırladığı məqalədə də görkəmli sənətkarın zəngin və bənzərsiz yaradıcılığından bəhs olunur.

Azərbaycan musiqisində yeni nəfəs

Deyirlər insanın alın yazısı əvvəldən müəyyən olunur. Ömür yolunda enişlər də olur, yoxuşlar da, qələbə də olur, uğursuzluq da, sevgi də, xəyanət də...

Zirvəyə qalxıram dolama yolla,

Zirvənin yolu birbaşa deyil...

N. Həsənzadə.

Körpəlikdən boya-başa çatdığın ailənin ab-havasını həmişə "özündə yaşadırsan" yaşından asılı olmayaraq... Atası Mürsəl Qarayev dövrünün böyük ziyalılarından biri, təcrübəli uşaq həkimi, xeyirxah insan idi. Kimsəsiz uşaqları müalicəsi ilə yanaşı, onları dava-dərmanla da təchiz edərdi. Oğlunu da həkim görmək arzusundaydı... Anası, ziyalı Sona xanım hekayələr yazıb çap etdirərdi. Uşaqların tərbiyəsi ilə məşğul olardı... O, isə musiqi yolunu seçdi. Ulduz kimi parlayan, hər yerə işıq saçan nəhəng, titanık qüvvəyə malik bəstəkar oldu.

Qara Qarayev... 5 fevral 1918-ci il. Doğulduğu yer - Bakı şəhəri. Dünya şöhrətli Azərbaycan bəstəkarı, ictimai xadim və əvəzsiz pedaqoq...

İstedadını ilk görən dahi Üzeyir Hacıbəyli olur. Onun R.Rzanın sözlərinə yazdığı "Ürək nəğməsi" kantatasını eşidəndən sonra, adəti üzrə bığlarını tumarlayıb - "bu gəncin böyük istedadı var, gələcəyi parlaqdı", - demişdi. O zaman Qara Qarayev Konservatoriyada (indi Bakı Musiqi Akademiyası) iki fakültədə, fortepiano və bəstəkarlıq ixtisasları üzrə təhsil alırdı. Fortepiano sinfində istedadlı pianoçular nəsli yetişdirmiş gözəl pedaqoq, professor Georgi Şaroyevdən, bəstəkarlıq üzrə Leopold Rudolfdan, "Azərbaycan xalq musiqisinin əsasları" fənni üzrə isə Üzeyir Hacıbəylidən dərs alıb. Üzeyir bəyin tövsiyəsi ilə təhsilini davam etmək üçün Cövdət Hacıyevlə birgə P.Çaykovski adına Moskva Konservatoriyasına göndərilir. Orada dünya şöhrətli Dmitri Şostakoviçdən sənətin sirlərini öyrənir.

Azərbaycan musiqisinə yeni nəfəs gətirərək - "Üzeyir bəyin əsasını qoyaraq getdiyi yolu biz qısa zaman kəsiyində keçmişik. Buna baxmayaraq dünya təcrübəsini daha dərindən öyrənməliyik", - deyirdi Qara Qarayev.

Zamanı not işarələri ilə yazmaq mümkün olsaydı...

"Gecikmək olmaz, irəliyə!",- bu onun yaradıcılıq kredosu idi. "Vətən" operası (C.Hacıyevlə birgə), "Leyli və Məcnun" simfonik poeması, iki simli kvarteti, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri, "Don Kixot" simfonik qravürləri, Azərbaycan süitası, Alban rapsodiyası, üç simfoniyası, skripka və orkestr üçün konserti, fortepiano prelyüdləri, kino və tamaşalara yazdığı musiqilər və digər kamera əsərlərində axtarışlarını davam edən bəstəkar zamanın döyünən nəbzini öncədən duyurdu. “Əgər zamanı not işarələri ilə yazmaq mümkün olsaydı, XX əsri – tezləşdirmə və gücü artırma - sürətilə işarə edərdim. Sənətkar bəzən öz tapıntılarından imtina etməyə iradə, güc tapmalıdır", - deyərdi görkəmli bəstəkar.

Q.Qarayev həyatında enişli-yoxuşlu yollardan qorxmayaraq aşırımları adlayan sənətkar idi. Musiqi dilinin olduqca mürəkkəbliyinə, "formalist axtarışlarına" görə ittiham olunmasına baxmayaraq heç zaman geriyə çəkilməzdi. Bu sıxıntılar, çəkişmələr və mübarizə pərdəsi arxasında işləyir və qalib çıxırdı. Müəyyən zaman keçəndən sonra isə yazdıqları klassika hesab olundu. Vaxtilə "Leyli və Məcnun" simfonik poemasına (1948) istehzayla yanaşıb, onun üslubunu bəyənməyən, qəti qəbul etməyən, ya da qısqananlar "bu bizim musiqi deyil", - deyənlər də çox idi...

Azərbaycanın Xalq Artisti, bəstəkar Xəyyam Mirzəzadənin söylədilkərindən: "O, təkcə bəstəkarlıqla məşğul olsaydı, daha çox əsər yazardı. Cəmi 64 il yaşadı. İctimai fəaliyyəti, təbii ki, çox vaxt aparırdı. Ali Sovetin deputatı kimi Moskvaya iclaslara gedir, MK-nın üzvü kimi plenumlarda iştirak edir, SSRİ Bəstəkarlar İttifaqının katibi kimi bu işi də aparır, öz seçiciləri ilə görüşürdü. Azərbaycan Dövlət Konservatoriyasının rektoru, nəhayət, hər zaman gördüyü işə olduqca məsuliyyətlə yanaşan gözəl pedaqoq idi... Bütün bunlara baxmayaraq o, həm az, həm də çox iş gördü. O, elə bir iz qoyub getdi ki, çoxları nə qədər məhsuldar işləsə belə, bu işləri görməmişlər".

Özünə inanırsansa, dinləyicinə də inan

Qara Qarayev nəinki zamanın nəbzini tutur, həm də ölkənin musiqi həyatında baş verən hər bir hadisənin onunla bağlı olmasını hiss edirdi. O, təbiətən lider idi. Təbii ki, hər bir yaradıcı şəxsiyyət kimi, o da getdiyi yolun düz olub-olmaması barədə şübhələri yaşayırdı... Moskvadakı təhsildən sonrakı illər... Müəyyən "fasilədən" sonra II simli kvartetini yazır. Bu əsər Azərbaycan kamera instrumental musiqisinin gözəl nümunələrindən biri olur. İkinci dəfə bu yaşantı 60-cı illərə təsadüf edirdi. "Yazdıqlarım mənə sadəlövh, həddindən artıq səmimi və emosional görünür", - deyirdi. Lakin Qara Qarayev bu illərdə bir çox mükafatlara layiq görülmüşdü. “Dağları yaran” buzqıran gəmisi tək III simfoniyasını (1964) və skripka və orkestr üçün konsertini (1967) yazır. “Musiqidə özümü amansızcasına “sındırdım”. Öz dəst-xətti, fitri istedadı, böyük zəhməti sayəsində yaratdığı əsərləri ilə Azərbaycan mədəniyyətinin qüdrətli nümayəndələri sülaləsinə daxil olur və musiqi mədəniyyəti tariximizdə yeni səhifə açır. Dünya şöhrətli skripkaçı Qidon Kremerin dediklərindən: “Bu konsertin fəlsəfi, dərin sonluğu var. Skripka konserti - musiqidə öz yolu olan, fəlsəfi ümumiləşmə gücünə malik musiqi əsəridir. Bundan əlavə, Qarayevin əsərlərində güclü intellektual yanaşma var. Müəllif üçün hər hansı məktəbə aid olması deyil, dəsti-xətt vacibdir. Onun prelyüdləri, simfonik poemaları, kamera əsərləri artıq Azərbaycan məkanından çıxaraq dünyəvi müasir klassika məkanına daxil olmuşdur".

"Dinləyici qarşısında məsuliyyəti heç zaman unutmamalısan. Özünə inanırsansa, dinləyicinə də inan. Əgər yazı texnologiyalarının arxasında aydın, ürəyə yaxın məzmun durursa, əlbəttə, sənin dinləyicin səni duyacaq hər zaman!", -deyərdi tələbələrinə.

Müəlliminin nəsihətlərinə əməl etdi

Onun Üzeyir bəylə əlaqəsi müəlliminin yaradıcılıq prinsiplərini yeni mərhələyə qaldırması, Şərq və Qərb musiqi mədəniyyəti qanunauyğunluqlarının sintezi ilə bağlıdır. Əgər Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlıq məktəbinin başlanğıcında duraraq onun inkişafının gələcək platformasını uzaqgörənliklə müəyyənləşdirdisə, Qara Qarayev də onun nəsihətlərinə əməl etdi.

Qara Qarayev xalq musiqisinə, torpağına, doğma Abşerona iliyinə qədər bağlı bəstəkar idi. Tələbələrinə də böyük sevgi və həssaslıqla yanaşardı. Onları "açıq kitab" kimi oxuyar, yaradıcı potensialını duyar, fərdi üslublarını qoruyar, öz dəsti-xətlərini müəyyənləşdirməyə yönəldərdi. Bəlkə də atasının arzusunu yerinə yetirmişdi o... Bir təbib kimi, sağlam cəmiyyətin böyüməsində onların getdiyi yola "işıq" salıb, onları bu yolla getmələrini, ən əsası xalq musiqisi intonasiyalarına olduqca ehtiyatla yanaşmanı tövsiyə edərdi. “...Biz soyuqqanlılıqla musiqi xəzinəmizin üst qatlarından asan mənimsənilərək istifadə etmirikmi? Xalq musiqisi doğrudan da tükənməzdir, amma onun zənginliyi tək bu qatlarda deyil, bizim düşündüyümüzdən daha dərindədir, neft yataqları kimi və lazımi "texniki yazılara" yiyələnib, o dərinliyə getmənin vaxtı çatmışdır". Bu da Üzeyir bəyin getdiyi yolun davamı idi... Bu yolun davamçıları onun tələbələri idi... B.Yermolayev, H.Xanməmmədov, R.Hacıyev, A.Məlikov, X.Mirzəzadə, T.Bakıxanov, V.Adıgözəlov, O.Zülfüqarov, M.Mirzəyev, V.Şainski, L.Vanşteyn, M.Quliyev, N.Şəfiyeva, S.İbrahimova, F.Qarayev, F.Əlizadə, İ.Hacıbəyov, R.Həsənova, A.Cəfərova, R.Şəfəq, E.İbrahimova, E.Dadaşova, A.Dadaşov, A.Əzimov, C.Abbasov.... Bu siyahını onun tələbələri davam etdirərək növbəti nəsillərə aparır... Bir ağacın kökündən qidalanaraq böyüyən, budaqlara şaxələnərək ucalan qollar kimi...

"Şagirdlər bizim ən ciddi hakimlərmizdir. Əgər müəllim dərsdə bir fikir söyləyib, həyatda isə başqa cür hərəkət edərsə, bu, müəllimin mənəvi məğlubiyyətidir". Tələbələrinin xatirələrində Qara Qarayev təkcə bəstəkar deyil, geniş erudisiyaya malik ziyalı, alim, filosof, yetirmələrinin şəxsiyyətini "yonan" heykəltəraş, şair təbiətli əbədi romantik, bəzən "Don Kixot", bəzən də Sirano kimi yaşayır... Amma hər zaman sözün əsl mənasında sənət fədaisi, Vətən, torpaq eşqi İlə yaşayan bir Məcnun idi o...

Planlaşdırdığı layihələri çox idi. "Hamlet", "Leyli və Məcnun", "Don Juan" baletləri, "Gözəl Yusif" operası, "Oxuyan daşlar" simfonik süitası, simfocaz üçün konsert, "Uşaqsız şəhər" oratoriyası... "Qərblə Şərq lap əvvəldən içimdədir"- deyərdi. Arzular tükənməz olur.

Ölüm - yeni həyatın dünyaya gəlməsidir

Ad günü keçirməyi sevməzdi...

Otuz altı il bundan əvvəl, 1982-ci il mayın 13-də 64 yaşında Moskvada gözlərini əbədi yuman sənətkar doğma vətəndə torpaqda tapşırıldı...

Ölümündən əvvəl dediyi sözlər ən həzin və kədərli nəğmə kimi bu gün də eşidilməkdədir: “Keçdiyim yola nəzər salmayaraq dünyanı tərk etməyə hazırlaşıram, gözlərim yaşla doludur... Həyatımın ən gözəl çağında malik ola bilmədiyimi itirdim. Günəş mənimçün işıq saçmır, külək mənimçün əsmir, dəniz mənimlə danışmırdı. Arxaya baxmadan gedirəm, çünki geriyə dönmək ürək ağrısı qədər ağırdır. Ölüm - yeni həyatın dünyaya gəlməsidir”.

Sevdiyi dəniz kənarı, Bakı küləyi, Fatmayı bağı və əbədi yaşayan musiqisi... “Ad günü keçirməyi sevməzdi. Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən... Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə - onun hər zaman səslənən musiqisidir", - deyir oğlu Fərəc Qarayev.

Ruhun şad olsun, Maestro!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir