SİYASƏT


Ziya Acar: Ermənilərin Azərbaycanda törətdikləri müharibə cinayətlərinə real qiymət verilməlidir

Ankara, 30 oktyabr, AZƏRTAC

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acar Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə aksiya keçirib.

Ziya Zakir Acar Ağrı dağının cənub yamacında 3500 metr hündürlükdə yerləşən, qədim yaşayış məskənlərindən olan, türk qurultaylarının keçirildiyi Korhan qalasına çıxıb. Burada xidmət aparan hərbçilərlə birlikdə bayraqlarımızı dalğalandıran Ziya Zakir Acar keçirdiyi aksiya ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.

O bildirib ki, hazırkı hərbi əməliyyatlarda Azərbaycan qarşısında biabırçı məğlubiyyətə düçar olan ermənilər tarixin bütün dövrlərində olduğu kimi, yenə də mülki əhaliyə qarşı hücumlar edirlər. Zəfər gününün yaxında olduğunu əminliklə ifadə edən tədqiqatçı qeyd edib ki, əslində, ermənilərin hazırda Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı həyata keçirdikləri qətliamlar saxta “erməni soyqırımı” ilə bağlı əsl həqiqətləri dünyaya nümayiş etdirir. Sadəcə, hazırda törədilən müharibə cinayətlərini görmək, tarixdə və müasir dünyanın gözü qarşısında baş verənlərə ədalətlə, real qiymət vermək lazımdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.