İQTİSADİYYAT
Ziya Bünyadov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Bakı, 3 may, AZƏRTAC
Ziya Bünyadov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Ziya Bünyadov prospektinin “Çermet körpüsü”dən “20 Yanvar dairəsi”nədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq mayın 3-də saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan körpü və tunellərdə tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Prospekt bağlı olmayacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]