İQTİSADİYYAT


Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib

Bakı, 29 iyun, AZƏRTAC

Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, hələlik markası məlum olmayan avtonəqliyyat vasitəsi Ziya Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən Atatürk prospekti ilə kəsişmədə yerləşən yol ötürücüsünün kənarına çırpılıb. Nəticədə körpünün giriş hissəsinin bir hissəsi və üzlük daşları, mərmər lövhə, həmçinin 5 poqonmetr dəmir məhəccərləri dağılıb.

Baş vermiş qəza zamanı ilkin hesablamalara görə, yol təsərrüfatına 1250 manat ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyətı üzrə göndərilib. Hazırda hadisəni törədən sürücünün kimliyi müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.