Ziyad Səmədzadə: Bütün dünya Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həsəd aparır
AzerTAg.az
Bakı, 21 yanvar, AZƏRTAC
Dünyanın bütün ölkələri Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə həsəd aparır. Biz bundan sonra da qardaş ölkənin iş adamlarına Azərbaycanda həyata keçirmək istədikləri layihələrlə bağlı hər bir dəstəyi göstərəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ziyad Səmədzadə Azərbaycanda səfərdə olan “TÜMKİAD” İş adamları və Sahibkarlar Dərnəyinin nümayəndə heyəti ilə görüşdə deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirdiyi işlərdən söhbət açan Z.Səmədzadə bundan sonra da Türkiyə iş adamlarının ölkəmizin iqtisadi inkişafı sahəsində dəstəklənməsi və görüləcək digər işlər barədə danışıb.

Xəbərin mətnində orfoqrafik səhv var