İDMAN


Zöhrə Ağamirova təsnifat mərhələsində halqa ilə hərəkətlərdə dördüncü olub

Bakı, 17 may, AZƏRTAC

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 35-ci Avropa çempionatının ikinci günü B qrupunda yer alan atletlərin mübarizəsi ilə davam edib. Fərdi yarışlarda atletlər halqa və top ilə hərəkətlərdə mübarizə aparırlar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis əvvəlcə halqa ilə hərəkətlərdə çıxış ediblər. Atletlərimiz hakimlərdən müvafiq olaraq 20,050 və 18,250 xal alıblar. Z.Ağamirova bu nəticə ilə dördüncü, V.Qudis isə səkkizinci olub.

Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Çempionatın birinci günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülükdə - beş halqa ilə çıxış ediblər. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız hakimlərdən 21,650 xal alaraq beşinci olub.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.