İDMAN


Zöhrə Ağamirova və Veronika Qudis Avropa çempionatına hazırlıq barədə: Məqsədimiz yaxşı çıxış etməkdir

Bakı, 15 may, AZƏRTAC

Mayın 16-19-da Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçiriləcək. Böyüklər arasında fərdi hərəkətlərdə Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcəklər.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçilərimiz Avropa çempionatına hazırlıq barədə danışıblar.

Z.Ağamirova bildirib ki, gimnastikaya 3 yaşında gəlmişəm. Əvvəlcə akrobatika ilə məşğul olsam da, sonradan bədii gimnastikaya keçmişəm. Artıq 14 ildir ki, gimnastika ilə məşğulam. Milli komandaya düşəndə çox sevinirdim, amma eyni zamanda Azərbaycanı təmsil etdiyim üçün böyük məsuliyyət də hiss edirəm. Avropa çempionatına çox az vaxt qalıb, bu yarış mənim üçün çox vacibdir. Mən ciddi məşq edirəm. Məqsədimiz səhvsiz çıxış etməkdir.

V.Qudis deyib: “Mənim xalam məşqçim idi. Milli komandaya qatıldığımı biləndə böyük məsuliyyət hiss etmişdim. Kompozisiya zamanı əvvəlcə musiqi seçilir, daha sonra ona uyğun hərəkətlər tərtib olunur. Ümid edirəm ki, uğurla çıxış edib, mükafatçılar sırasında yer alacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.