İDMAN
Zöhrə Ağamirovanın lentlə çıxışı Milli Gimnastika Arenasında böyük coşqu ilə qarşılanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Bakı bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, gimnastımız Zöhrə Ağamirova fərdi proqram üzrə lentlə çıxışını uğurla təqdim edib. Təmsilçimizin çıxışı Milli Gimnastika Arenasında böyük coşqu ilə qarşılanıb və hakimlər tərəfindən 18,700 xalla qiymətləndirilib.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.