Zoologiya İnstitutu bal arılarının cinslərini və xəstəliklərini tədqiq edəcək
AzerTAg.az
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunda respublika ərazisində yayılmış bal arısı cinsləri, onların zərərverici və xəstəliklərinin ətraflı tədqiqi planlaşdırılır.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar bu elmi müəssisənin Ağsu Təcrübə Dayaq Məntəqəsində yerləşdirilmiş arı ailələri müntəzəm olaraq mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır. Bu yaxınlarda Ağsu Təcrübə Dayaq Məntəqəsində olan institutun Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov arıların qışlamadan çıxma vəziyyətini yoxlayıb, o cümlədən yaza hazırlıq işlərini həyata keçirib və lazımi profilaktik tədbirlər görüb. Eyni zamanda, arı ailələrində xəstəliklərin laboratoriya şəraitində müayinəsi üçün nümunələr götürülüb.

Xəbərin mətnində orfoqrafik səhv var