ELM VƏ TƏHSİL


Zoologiya İnstitutu əməkdaşının məqaləsi xarici jurnalda dərc edilib

Bakı, 9 iyun, AZƏRTAC

Zoologiya İnstitutu Quru onurğalılar laboratoriyasının elmi işçisi Elşad Əsgərovun həmmüəllifi olduğu “İri yırtıcıların populyasiyasını bərpa etmək üçün onların öldürülmə hallarını azaltmaq qida bazasını bərpa etməkdən daha effektivdir” (Reducing persecution is more effective for restoring large carnivores than restoring their prey) məqaləsi impakt faktorlu “Ecological Applications” jurnalında dərc olunub.

Bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, məqalə Qafqazda nadir və nəsli təhlükədə olan iri yırtıcı məməlilərin sayının artırılması modellərinin müzakirəsinə həsr olunub. Modellər heyvanların ovlanmasının qarşısını almaq və yem bazasını artırmaq şərti ilə Qafqaz regionu və İranın şimalını əhatə edən ərazidə (737 min kv km) növbəti yüz il müddətində bəbir populyasiyasını bərpa edərək 1000 (bir min) bəbirin yaşamasına nail olmağın mümkünlüyünü göstərir.

Qeyd edək ki, Elşad Əsgərov pandemiya dövründə 3 kitab, 11 məqalənin həmmüəllifi olub, daha 3 məqaləni isə çapa təqdim edib. Bu əsərlərin yalnız biri Azərbaycanda, qalanı isə xaricdə yüksək reytinqli jurnallarda dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.