ELM VƏ TƏHSİL
Zoologiya İnstitutu ilə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında memorandum imzalanıb

Bakı, 7 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, Zoologiya İnstitutunun baş direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov və hər iki institutun nümayəndə heyəti Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində olub.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi ilə yaxından tanış olan nümayəndə heyəti ilə məktəbin kollektivi arasında görüş keçirilib və qarşılıqlı əlaqələrin qurulması barədə memorandum imzalanıb.
Sonda nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyini ziyarət edib.