ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunda Heyvanların ekologiyası laboratoriyası yaradılacaq

Bakı, 16 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda Heyvanların ekologiyası laboratoriyası yaradılacaq. Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. O bildirib ki, heyvanlarla bağlı elmi tədqiqat aparılarkən onların hər hansı bir növü götürülür və təcrid olunmuş şəkildə öyrənilir. Ancaq aparılan tədqiqatın daha dolğun olması üçün onu yaşadığı mühitlə əlaqəli şəkildə tədqiq etmək lazımdır.

Elman Yusifov vurğulayıb ki, Heyvanların ekologiyası laboratoriyasında heyvanlar yaşadıqları mühitdə öyrəniləcək. Onların digər heyvanlarla münasibəti, yaşadığı təbii şərait, relyef, iqlim kompleks şəkildə öyrəniləcək.

“Ancaq Heyvanların ekologiyası laboratoriyasının yaradılması ilə Zoologiya İnstitutu fundamental zooloji tədqiqatlardan imtina etmir. Biz çalışacağıq ki, bu tədqiqatlar paralel şəkildə aparılsın”, - deyə Elman Yusifov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.