ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunda anım tədbiri: XX əsrin faciəsi

Bakı, 26 fevral, AZƏRTAC

Zoologiya İnstitutunda Xocalı soyqırımına həsr edilən “XX əsrin faciəsi” mövzusunda anım tədbiri keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov faciədən 29 il ötməsinə baxmayaraq, bu günün millətin yaddaşında sağalmayan yara olduğunu qeyd edib. Əliyalın, dinc əhalinin necə qəddarlıqla öldürüldüyünü, mənfur düşmənin insanlığa sığmayan vəhşiliklərini, bir gecədə 613 nəfərin amansızcasına qətlə yetirildiyini, 1275 nəfər dinc sakinin əsir götürüldüyünü, 150 nəfərin isə itkin düşdüyünü diqqətə çatdırıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov, elmi işçisi Sevinc Rəcəbova, Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Şükür Quliyev çıxışlarında Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayıblar. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi ilə tarixi ədalətin bərpa olunduğunu qeyd ediblər.

Tədbir “Xocalı soyqırımı - insanlığa qarşı cinayət” adlı videoçarxın nümayişi ilə sona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.