ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunda doktorant və dissertantların onlayn attestasiyası təşkil olunub

Bakı, 14 iyul, AZƏRTAC

AMEA-nın Zoologiya İnstitutunda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı proqramı üzrə təhsil alan doktorant və dissertantların onlayn attestasiyası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən keçirilən attestasiyada elmlər doktoru hazırlığı üzrə 6 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 4 doktorant və 6 dissertant iştirak edib.

Attestasiya prosesi institutun direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov və komissiya üzvlərinin iştirakı ilə təşkil olunub. Tədbirdə doktorant və dissertantların tədqiqat ili ərzində gördükləri işlərin qısa yekunu dinlənilib, onların konfranslarda iştirakı, nəşr olunan elmi əsərləri müzakirə edilib, suallar cavablandırılıb, həmçinin attestasiya komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib.

Doktorant və dissertantlar attestasiyadan müvəffəqiyyətlə keçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.