ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunda doktoranturaya ixtisas fənnindən qəbul imtahanı keçirilib
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən cari ilin qəbul imtahanı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu il fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya zoologiya ixtisasına ayrılan 1 yerə 3 nəfər sənəd təqdim edib. Onlardan biri imtahana gəlməyib, digər iki nəfər isə imtahanda iştirak edib.
Namizədlərdən biri əla, digəri isə kafi qiymət alıb. İmtahan komissiyası namizədlərin nəticələrini təsdiqləyib.