ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunda magistrantların qış imtahan sessiyası başa çatıb

Bakı, 22 yanvar, AZƏRTAC 

Zoologiya İnstitutunda magistrantların qış imtahan sessiyası uğurla başa çatıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, onurğalılar zoologiyası ixtisası üzrə II kursda təhsil alan magistrant Nigar Vəliyevanın qış imtahan sessiyasında sonuncu imtahanı keçirilib. İxtiologiya fənnindən imtahan verən magistrantın nəticələri fənn müəllimi biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov tərəfindən qiymətləndirilib. “Zoom” platforması üzərindən təşkil olunan onlayn imtahanda AMEA-nın Elm və Təhsil idarəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Zoologiya İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent (ixtisasca ixtioloq) Sara Əliyeva, Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Nuriyeva və baş mütəxəssis Venera Məmmədova da iştirak ediblər. Beləliklə, qış imtahan sessiyası uğurla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.