ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunda tibb zəlisinin laboratoriya şəraitində çoxaldılması texnologiyası hazırlanır

Bakı, 20 sentyabr, AZƏRTAC

Ötən ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu tərəfindən laboratoriya şəraitində tibb zəlisinin süni yolla çoxaldılması istiqamətində tədqiqatlar aparılır. Hazırda institutun Tətbiqi Zoologiya Mərkəzində respublikada ilk dəfə laboratoriya şəraitində zəlilərin çoxaldılması texnologiyası hazırlanır.

Zoologiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, laboratoriya şəraitində qışda 18-22, yayda 24-27 dərəcə temperaturda saxlanılan və xüsusi qayğı ilə bəslənilən zəlilər ilin müxtəlif vaxtlarında nəsil vermək qabiliyyətinə malik olub hər 6-8 aydan bir barama verə bilərlər.

Qeyd edək ki, zəlidən tibdə geniş istifadə olunur. Ölkəmizdə təbii şəraitdə tibb zəlisinin inkişafı üçün əlverişli şərait var. Azərbaycanda zəliyə daha çox Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində, Lənkəran təbii vilayətinin su hövzələrində, Kürətrafı göllərdə, Naxçıvanın və Gəncə-Qazax zonasının sututarlarında rast gəlinir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.