ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC

AMEA-nın Zoologiya İnstitutunda Elmi şuranın növbəti onlayn iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin direktor vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

Sonra daxili sanitariya-epidemioloji qaydaları, Elmi şuranın tərkibində qismən dəyişiklik edilməsi, biologiya elmləri doktoru Gülzar Mustafayevanın Quru onurğasızları laboratoriyasının müdiri vəzifəsinə icraedici təyin olunması, Kolleksiya fondu, onun təşkili, qorunması və istifadə olunması qaydaları müzakirə edilib.

Doktorant və dissertantların attestasiyasının nəticələri, institutun magistrı Nigar Yolçiyevanın attestasiyasının nəticələri və digər məsələlər barədə qərarlar qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.