ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunun əməkdaşı Şəmkirdə şəxsi təsərrüfatda tədqiqat aparıb
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun parazitologiya laboratoriyasının əməkdaşı Suman Həsənova Şəmkir rayonunda ekspedisiyada olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ekspedisiya zamanı S.Həsənova iribuynuzlu (camış və inək) və xırdabuynuzlu (qoyun, keçi) ev heyvanlarından ibarət şəxsi təsərrüfatda olub, heyvanların nəcisindən nümunələr götürüb.
Tədqiqat zamanı, həmçinin ətkəsmə məntəqəsindən iribuynuzlu ev heyvanlarına məxsus daxili orqanlardan nümunə götürülərək laboratoriyaya gətirilib. Hazırda tədqiqatlar laboratoriya şəraitində davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:45]
Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb
- 23.04.2024 [13:17]