ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunun əməkdaşı beynəlxalq onlayn konfransda iştirak edib

Bakı, 26 iyun, AZƏRTAC 

AMEA-nın Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Simuzər Mamedova Yunanıstanın Tessaliy Universiteti tərəfindən təşkil olunan beynəlxalq konfransda iştirak edib.

Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən “İnsan fəaliyyətinin su, karbon və ekoloji izləri” mövzusunda beynəlxalq konfransın məqsədi təbiətdə su dövriyyəsi prosesində rast gəlinən bütün problemlərin tədqiqi ilə məşğul olan elm adamlarını bir araya gətirməkdir.

Hidravlika, hidrologiya, su resursları sistemlərinin idarə olunması, iqlim dəyişikliyi və ətraf mühit ilə əlaqəli mövzular ətrafında geniş müzakirələrin aparıldığı konfransda gənc alim S.Mamedova “Azərbaycan ərazisindəki təsərrüfatda və vəhşi heyvanlarda olan “Cryptosporidium spp infeksiyaları” mövzusunda məruzə edib.

Xatırladaq ki, konfrans işini iyunun 27-də başa çatdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.