ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunun əməkdaşları Qax rayonunda ekspedisiyada olublar

Bakı, 10 avqust, AZƏRTAC

Zoologiya İnstitutunun əməkdaşları – Quru Onurğalıları laboratoriyasının müdiri vəzifəsini icra edən aparıcı elmi işçi dosent Təvəkkül İsgəndərov, Gülbəniz Qasımova və Leyla Nadirli herpetofauna və teriofaunanın tədqiqi məqsədilə Qax rayonunda ekspedisiyada olublar.

Bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, ekspedisiya zamanı yüksək dağlıq ərazilərə, həmçinin şəlalə və çay kənarlarına baxış keçirilib, elmi-tədqiqat planına uyğun olaraq herpetoloji, meşə və tarla sahələrindən isə terioloji materiallar toplanıb. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.