ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

Bakı, 13 iyul, AZƏRTAC

Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları – biologiya elmləri doktoru Əli Nəsirov, biologiya üzrə fəlsəfə doktorları Yaşar Seyidli və Fuad Rzayev Mingəçevir ərazisinə təşkil olunan ekspedisiyada iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya “Mingəçevir su anbarında və Qəbələ rayonunun xüsusi balıqçılıq təsərrüfatlarında balıqlara və onların helmintlərinə nanozərrəciklərin tətbiqi zamanı əmələ gələn patomorfoloji dəyişikliklərin öyrənilməsi” mövzusunda tədqiqat işinin yerinə yetirilməsi məqsədilə təşkil olunub.

Su anbarından əldə olunan balıqlar Zoologiya İnstitutunun Mingəçevir elmi-tədqiqat dayaq məntəqəsinə diri halda gətirilərək tam parazitoloji yarma üsulu ilə tədqiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.