ELM VƏ TƏHSİL


Zoologiya və Dendrologiya institutları arasında əməkdaşlıq əlaqələri qurulur

Bakı, 29 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, dosent Elman Yusifov AMEA-nın Dendrologiya İnstitutunda olub.

Dendrologiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov gələcəkdə birgə innovativ layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq aparılmasının zəruriliyini diqqətə çatdırıb.

Daha sonra qonaq institutda yerləşən yeni texnologiyalarla təchiz edilmiş laboratoriyalarla tanış olub. Bitki mühafizəsi laboratoriyasında aparılan elmi-tədqiqat işləri ilə tanış olan qonaq gələcəkdə birgə əməkdaşlıq nəticəsində bitkilərin entomoloji obyektlərdən mühafizəsində tədqiqatların aparılmasına dair müasir elmi innovativ yeniliklərin istifadə imkanları haqqında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.