ELM VƏ TƏHSİL


Zooloq alimin məqalələri yüksək impakt faktorlu jurnallarda dərc edilib

Bakı, 3 dekabr, AZƏRTAC

Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının kiçik elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayevin elmi fəaliyyətinin nəticəsi olaraq 2020-ci ildə beynəlxalq indeksləmə və xülasələmə sistemlərinə (Web of Science; Scopus) daxil olan yüksək impakt faktorlu jurnallarda məqalələri dərc edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Fuad Rzayevin əsas tədqiqat istiqaməti müasir işıq və elektron mikroskopik üsulların köməyi ilə helmintlərin ultrastrukturu və nanohissəciklərin ekosistemin komponentlərində və onların təsirindən hüceyrə və orqanellərdə baş verən patomorfoloji dəyişikliklərin öyrənilməsidir.

Tədqiqatçı hazırda “Azərbaycanda ev su quşlarının helmintləri ekologiya, elektron mikroskopik tədqiqi, nanohissəciklərin istifadəsi” mövzusunda doktorluq işi üzərində çalışır.

Qeyd edək ki, tədqiqatçının elmi fəaliyyəti dövründə 67-si məqalə olmaqla 105 elmi əsəri çap olunub. Bunlardan 45-i xaricdə, 24-ü isə müxtəlif beynəlxalq indeksləmə və xülasələmə sistemlərinə daxil olan jurnallarda dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.