DÜNYA


“Zoom”da yeni funksiya tətbiq ediləcək

Bakı, 15 oktyabr, AZƏRTAC

“Zoom” videokonfranslar xidməti gələn həftə sınaq rejimində videozənglərin edilməsi vaxtı istifadəçilərin məlumatlarını mühafizə etmək üçün “end-to-end encryption” funksiyasını tətbiq edəcək.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, onlayn tədbirlərin yeni formatda keçirilməsinə imkan verən funksiya əlçatan olacaq. Məsələn, belə virtual görüşlər zamanı pul toplanılması təşkil edilə bilər və istifadəçilər xidmətin yeni daxili funksionalından istifadə edərək pulu birbaşa “Zoom” üzərindən göndərə bilərlər.

Xatırladaq ki, yeni koronavirusun yayılması və bir çox insanların distant iş rejiminə keçməsi ilə əlaqədar “Zoom” xidmətinin populyarlığı xeyli artıb. Eyni zamanda, xidmət istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmədikləri üçün bir neçə dəfə tənqid edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.