CƏMİYYƏT


“Zorakılığa məruz qalmış uşaqlara yardım etmək üçün yeni modellərin yaradılması” mövzusunda təlim keçirilir

Bakı, 14 iyun, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Bakıda “Zorakılığa məruz qalmış uşaqlara yardım etmək üçün yeni modellərin yaradılması” mövzusunda təlim təşkil edib. Təlim BMqT tərəfindən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Hökuməti və vətəndaş cəmiyyəti ilə birgə həyata keçirilən “Həssas icmaların dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, üç gün davam edəcək təlimdə vətəndaş cəmiyyəti tərəfindən idarə edilən sığınacaqların və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən insan alveri qurbanlarına yardım mərkəzinin əməkdaşları iştirak ediblər. Təlim sığınacaqlarda və mərkəzlərdə azyaşlılara göstərilən xidmətlərin təkmilləşdirilməsi, mövcud reinteqrasiya xidmətinin inkişafı yolları, həmçinin digər ölkələrdə mövcud təcrübələrə dair mövzuları əhatə edir.

Həmin layihə həssaslığı ilə seçilən əhali qruplarının, ilk növbədə, gənc və qadınların tənzimlənməyən miqrasiyası, eləcə də mümkün zorakı ekstremizm və radikallaşma təhlükəsinin qurbanına çevrilməsinin qarşısının alınması və onların sosial-iqtisadi rifahının artırılması məqsədini daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.