SİYASƏT


Zsofia Kraus: Düşünürəm ki, Şuşa konfransı ümumi işimizə töhfə verəcək

Şuşa, 3 iyul, S.Hakıyeva, AZƏRTAC

Şuşa konfransında iştirak etdiyim üçün çox şadam. Düşünürəm ki, bu toplantı ümumi işimizə töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı Macarıstan Ofisinin nümayəndəsi Zsofia Kraus iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.

Macarıstan Ofisinin nümayəndəsi diqqətə çatdırıb ki, türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması, mövcud əlaqələrin dərinləşdirilməsi qlobal məsələlərin həllində öz köməyini göstərəcək.

Zsofia Kraus bu günlərdə Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və kommunikasiya nazirləri arasında imzalanan memorandumun əhəmiyyətindən də danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.