SİYASƏT


Zurab Abaşidze: Bu gün Gürcüstanın və bütövlükdə regionun əldə etdiyi imkanlar, nailiyyətlər Heydər Əliyevin xidmətləridir

Tbilisi, 11 may, AZƏRTAC

Azərbaycanın Xəzər dənizində hasil etdiyi karbohidrogen ehtiyatlarının Gürcüstan ərazisindən keçməklə dünya bazarına çatdırılmasında və bu yolla ölkəmizin tranzit funksiyasını əldə etməsində Heydər Əliyevin xüsusi xidmətləri olub. Əminliklə deyə bilərəm ki, bu məsələdə həlledici rol Heydər Əliyevə məxsusdur”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze söyləyib.

Onun sözlərinə görə, bu gün Gürcüstanın və bütövlükdə regionun əldə etdiyi imkanlar, nailiyyətlər Heydər Əliyevin xidmətləridir. Bunu Azərbaycan xalqının ümummilli lideri, gürcü xalqının yaxın dostu Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş “Gələcəyə aparan yol” adlı sərginin açılışında da eşitdik. Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze də müsahibələrində bunu dəfələrlə təkrarlayıb.

Z.Abaşidze deyib: “Heydər Əliyev və Eduard Şevardnadze dünyamiqyaslı dövlət xadimləri və siyasətçilər olublar. Onların dostluğu və şəxsi münasibətləri Gürcüstanla Azərbaycan arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayıb”.

Müsahib ötən əsrin 90-cı illərinin sonlarına qədər Gürcüstanın Avropa İttifaqındakı missiyasına rəhbərlik etdiyini və həmin illərdə Brüsseldə hər iki lideri bir neçə dəfə qarşıladığını vurğulayıb. Bildirib ki, həmin dövrdə Gürcüstanın və Azərbaycanın həyata keçirdiyi layihələr və proqramlarla yaxından məşğul olub.

Onun sözlərinə görə, birgə layihələr hər iki dövlətə yeni imkanlar verdi. Bu layihələr, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu, danılmaz faktdır.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.