MƏDƏNİYYƏT
Zurab Pololikaşvili Dünya Turizm Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib
Bakı, 25 iyul, AZƏRTAC
Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili 27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, müraciətdə builki Dünya Turizm Gününün əsas hədəfindən söz açılır. Bildirilir ki, turizm sahəsində innovasiyalara və sahibkarlığa şərait yaradacaq rəqəmsal texnologiyalara investisiya qoyulmasına ehtiyac var. Hazırda cəmiyyət rəqəmsal nailiyyətlərlə daha çox əlaqəsi olan dünyada yaşayır. İnsanlara təkcə yeni alətlər deyil, həm də yeni təfəkkür imkanları və yolları lazımdır.
Qlobal turizmin nəhəng miqyası, onun digər sektorlara təsiri və dayanıqlı inkişafın bütün məqsədləri turizmi sosial məsuliyyətin mərkəzinə qoyur. İnnovasiyalardan və rəqəmsal nailiyyətlərdən istifadə edilməsi turizm sektoruna əhatə dairəsini genişləndirməyə, yerli icmalara yeni imkanlar yaratmağa və resursları səmərəli idarə etməyə imkan yaradır. Müraciətin tam mətnini Dünya Turizm Təşkilatının saytından oxumaq mümkündür.
Xatırladaq ki, bu il Dünya Turizm Günü “Turizm və rəqəmsal transformasiya” (Tourism and the digital transformation) mövzusuna həsr olunacaq.