SİYASƏT


“ AZƏRBAYCAN-GÜRCÜSTAN ƏLAQƏLƏRİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

Fevralın 7-də BMT-nin Resurs və Təlim Mərkəzində “Azərbaycan-Gürcüstan əlaqələri” mövzusunda dəyirmi masa keçirilmişdir.

Milli qeyri-hökumət təşkilatları forumunun diaspora mərkəzindən AZƏRTAC-ın müxbirinə demişlər ki, çıxış edən natiqlər ölkəmizin Prezidenti Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində son on il ərzində Azərbaycanla Gürcüstan arasında həyatın bütün sahələrində əlaqələrin və əməkdaşlığın genişlənməsinin gözəl bəhrələr verməsini böyük minnətdarlıq duyğusu ilə ifadə etmişlər. Qeyd olunmuşdur ki, məhz bunun nəticəsində 500 mindən çox soydaşımızın vəziyyəti əvvəlki illərə nisbətən yaxşılaşıb, onlar bütün hüquq və vəzifələrə, eləcə də vicdan azadlığına malikdirlər, öz dini dəyərlərinə qayıdırlar, özlərini ölkədə əsl vətəndaş kimi hiss etmək sahəsində daha yüksək səviyyədədirlər, son seçkilərdə Gürcüstan parlamentinə deputat seçiliblər.

Sonra dəyirmi masa iştirakçıları Borçalı bölgəsində, eləcə də Gürcüstanın başqa ərazilərində yaşayan azərbaycanlıların iqtisadi, elm və mədəniyyət sahələrində qarşılaşdıqları problemlər və onların həlli yollarından danışdılar, bir sıra səmərəli təkliflər irəli sürdülər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.