REGİONLAR


 Ağsuda 2260 hektara yaxın sahədə yazlıq bitkilər əkilib

Ağsu, 10 iyun, AZƏRTAC

Ağsu rayonunun torpaq mülkiyyətçiləri cari mövsümdə 2258 hektarda yazlıq bitkilər əkiblər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, builki yazda 164 hektar sahədə yonca, 67 hektarda dənli və dənli paxlalı bitkilər, 168 hektarda kartof, 537 hektarda tərəvəz, 293 hektarda bostan bitkiləri, 774 hektarda qarğıdalı, 67 hektarda günəbaxan əkilib.

Bölgədə şəkər çuğunduruna da maraq artıb. Belə ki, 183 hektarda şəkər çuğunduru əkilib ki, bu da ötənilki əkin sahəsindən 123 hektar çoxdur.

Bu mövsümdə, habelə Ərəbmehdibəy icra nümayəndəliyinin ərazisində 6 hektarda rayon üçün qeyri-ənənəvi təsərrüfat sahəsi olan çəltik əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.