MƏDƏNİYYƏT


 “Artım” layihə məkanında “Ad infinitum” sərgisi davam edir

 Bakı, 12 may, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında açılan gənc rəssam Erkin Ələkbərlinin “Ad infinitum” adlı fərdi sərgisi davam edir.

AZƏRTAC xəbər verir ki, "Ad infinitum" (Latıncadan "sonsuzluğa qədər" və ya "həmişəlik") sərgisi, rəssam Erkin Ələkbərlinin davam edən daxili emosional və mənəvi səfərinin nəticəsidir. Sərgi, müəyyən mənada rəssamın şəxsi etirafına bənzəyir və qarşılıqlı əlaqəli hekayələr, mürəkkəb duyğular, gizli həyəcanlar və sıx müşahidələr ilə zəngindir. Belə ki, rəssam, həyatın "mina sahəsində" təkrar-təkrar baş verən daxili çarpışmalara istinad etmək istəyir. İnsanların talelərinin müxtəlif epizodlarına nəzər salan bu bədii baxışlar, nəticədə silsilə rəsm əsərlərinin yaranmasına səbəb oldu. Rəssam bu əsərlər vasitəsilə, həyat və ölüm, peşmançılıq və günahkarlıq, yaddaş və nostalji, talelər, mütəəssirlik, gerçəkləşməyən və gərgin duyğular, gözləntilər, şübhələr və ikili təzadlarla dolu olan bir çox digər mövzular ətrafında öz düşüncələrini və araşdırmalarını bölüşür. Sərginin bütünlükdə ab-havası, eləcə də rəssamın kifayət qədər poetik yanaşması Çilinin tanınmış şairi Pablo Nerudanın şeirlərinə əsaslanır. Xüsusi olaraq YARAT-ın sifarişi ilə hazırlanmış məkana uyğun instalyasiyalar, rəngkarlıq əsərləri, eləcə də rəssam üçün yeni eksperiment olan videoinstalyasiya, öz ilhamını rəssamın kəskin melanxoliyasından, eləcə də həyat və sevgini dərk etmək kimi tükənməz arzusundan götürür. Rəssamın fatalist baxış bucağı və melanxolik istinadlarına baxmayaraq, əsərlər ümidsizlik təəssüratını bəxş etmir; əksinə, bu əsərləri, yeni həyata başlamaq məqsədilə bir daha yaşanan, əzəli hisslərin müşahidəsi kimi də qələmə vermək olar. Pablo Nerudanın poeziyasında tez-tez rast gəlinən “dəniz” motivlərini davam etdirən rəssam, mənəvi fəaliyyətimizin ən ali forması olan sevgini yüksəldir.

İyunun 26-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.