İQTİSADİYYAT


® “AtaBank”ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər

“AtaBank” ASC müştərilərinə daha yüksək və operativ xidmət göstərmək məqsədilə bir sıra yeni xidmət və əməliyyatların icrasını bankın “qaynar xətti”nə verib. 

Beləliklə, həm fiziki, həm hüquqi şəxslər bankın 136 qısa nömrəsinə zəng edərək və lazımi identifikasiyadan keçərək şəxsi hesabları haqqında bütün məlumatı ala, müxtəlif xidmətlərdən yararlana biləcəklər.

Bundan əlavə, bir müddət öncə bankın “WhatsApp” və “Telegram” əlavələrinə bağlı 050 9999136 telefon nömrəsi də istifadəyə verilib. Artıq bu mobil əlavələrdən müraciət edən müştərilər yalnız bankın məhsulları və xidmətləri haqda yox, həmçinin hesabları haqda məlumatı və bir sıra əməliyyatları onlayn şəkildə apara biləcəklər.

Biznesin inkişafı departamentinin direktoru Oruc İbrahimov bildirib ki, “AtaBank”ın müştəriləri bank kartının bloklaşdırılması/blokdan çıxarılması, hesab haqda məlumat, kredit borcu haqda məlumat, “AtaNet” istifadəçi şifrələrinin və uğursuz PİN cəhdlərinin sıfırlanması və digər xidmətlərdən artıq banka gəlmədən faydalana biləcəklər və gələcəkdə müştərilərin rahatlığı üçün yeni innovativ imkanlar yaradılacaq.

Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 “qaynar xətti”nə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/.

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.