İDMAN


® Azərbaycan kiber idmanında növbəti layihə

Bakı, 8 sentyabr, AZƏRTAC

“Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı, eləcə də Azərbaycan Kiber İdman Federasiyasının, Gənclər və İdman nazirliyinin dəstəyi ilə “GLA League of Legends” turnirinin 3-cü seriyası keçiriləcək.

GLA-dan AZƏRTAC-a verilən məlumata görə, 8 komandanın iştirak edəcəyi yarış “Bo3” sistemi ilə təşkil olunacaq.

Kiber idman həvəskarları turnirdə “Akatsuki31”, “NamiRitz Gang”, “The Best”, “Lets Go Baron Tofiq”, “Team Namiritz”, “Team First Blood”, “ffnowinnable”, “Victoria Secret” komandalarının mübarizəsini izləyəcəklər.

Hər gün saat 19:00-da başlayacaq görüşləri “Glahub Twitch” kanalında izləmək mümkün olacaq.

“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov jurnalistlərə açıqlamasında yarışın əhəmiyyətindən danışaraq bildirib: “İl ərzində turnirlərin sayını artırmağa çalışırıq. Məqsədimiz kiber idmana marağı artırmaq, eyni zamanda, oyunçuların təcrübəsini yüksəltməkdir. Səkkiz komandanın iştirak etməsinə baxmayaraq, turnirdə maraqlı mübarizənin şahidi olacağımıza inanıram. Bütün iştirakçılara uğurlar arzulayıram”.

“GLA League of Legends” sentyabrın 15-də başa çatacaq.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiber idman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiber idman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda idman oyunlarının beynəlxalq səviyyədə inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.