RƏSMİ XRONİKA


 Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü YENİLƏNİB VİDEO

Şuşa, 15 iyun, AZƏRTAC

İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

X X X

AZƏRTAC xəbər verir ki, görüşdən sonra Prezident İlham Əliyev “Baykar” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordeni təqdim etdi.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Lutfi Haluk Bayraktar bu yüksək mükafata Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin