İQTİSADİYYAT


® Azərbaycanın nəhəng holdinqi ABŞ-a “İnnovasiyalar səfəri” təşkil edib

Daim yenilikçi yanaşması və ölkədə innovasiya ekosisteminə göstərdiyi dəstək ilə fərqlənən “PAŞA Holding” bu istiqamətdə növbəti təşəbbüs həyata keçirib. Belə ki, innovasiya proqramı çərçivəsində “PAŞA Holding”in innovasiya komandası və “Kapital Bank”ın daxil olduğu “PAŞA Qrup” şirkətlərinin nümayəndələri ABŞ-ın Kaliforniya ştatına səfər ediblər.

Səfərin məqsədi müxtəlif sahələrdə müasir trendləri kəşf etmək və dünyaca məşhur startapların təsisçiləri ilə fikir mübadiləsi aparmaq üçün seminarlarda iştirak etmək, startapçılar, universitetlər, vençur kapitalı fondları, akseleratorlar və digər təşkilatlarla tanış olmaq idi. Səfər zamanı iştirakçılar Silikon Vadisinin nüfuzlu startapları və maliyyə şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, “Plug&Play” şirkətinin İnnovasiya Sammiti tədbirində iştirak edib və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparıblar. Həmin sammitdə hazırda tviterin idarə heyətinin üzvü olan iş adamı Omid Kordestani də iştirak edirdi.

Qeyd edək ki, 2021-ci ilin sonunda “PAŞA Holding”in innovasiya komandası eyni məqsədlə İsraildə də səfərdə olmuşdu.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.