İQTİSADİYYAT


® “Azercell” təcrübəsini “SABAH” qrupları ilə bölüşüb

“Azercell Telekom” MMC Təhsil Nazirliyinin “SABAH” qruplarının “Qış Məktəbi” layihəsi çərçivəsində master-klasslar təşkil edib.

Ölkənin mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC Təhsil Nazirliyinin “SABAH” Karyera Akademiyası tərəfindən təşkil edilən “Qış Məktəbi” layihəsində iştirak edib.

Fevralın 11-13-də Şamaxı şəhərində baş tutan layihə çərçivəsində “Azercell” Akademiyasının təlimçiləri Vahidə Orucova və Könül Məmmədova tələbələrə “Təqdimat bacarıqları” və “Öz brendini yarat” kimi aktual mövzuları əhatə edən master-klasslar keçiblər.

Qeyd edək ki, “Qış məktəbi” layihəsində “Azercell”in iştirakı artıq xoş bir ənənəyə çevrilib. Belə ki, bu layihə çərçivəsində 2017-ci ildən etibarən hər il şirkətin peşəkar əməkdaşları təcrübə və biliklərini tələbələrlə bölüşərək, onların peşəkar və şəxsi inkişafına böyük töhfə verirlər. Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrə uğurlu karyera qurmaq üçün zəruri olan fundamental bacarıqların aşılanmasıdır.

Təhsil Nazirliyinin “SABAH” qrupları ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmış ali təhsil sistemində innovativ və aparıcı bir layihədir.

2017-ci ildə “Azercell Telekom” MMC və Təhsil Nazirliyinin “SABAH” qrupları arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən şirkət tərəfindən son 3 il ərzində “SABAH” qruplarının 30 tələbəsinə aylıq təqaüd ayrılıb. Həmçinin “SABAH” qruplarının 20-dən çox tələbəsi şirkətdə təcrübə keçmək fürsəti qazanıb ki, onlardan biri hazırda artıq “Azercell” işçisidir. Bu il isə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülən 28 tələbədən 9-u “SABAH” qrupları tələbələri arasından seçilib.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.