REGİONLAR


 “Azəriqaz” oktyabrın 6-dan etibarən dörd rayonda səyyar formada xidmətlər həyata keçirəcək

Bakı, 4 oktyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi oktyabrın 6-dan etibarən səyyar “ASAN xidmət” çərçivəsində Tovuz, Ağdam, Cəlilabad və Hacıqabul rayonlarında səyyar formada xidmətlər həyata keçirəcək.

Birlikdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 6-dan etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 6 oktyabr – 3 noyabr tarixlərində Tovuz, oktyabrın 6-dan 20-dək Ağdam və Cəlilabad, oktyabrın 6-dan 25-dək isə Hacıqabul rayonlarında səyyar formada xidmətlər həyata keçiriləcək. Xüsusi tərtibatla hazırlanmış səyyar avtobuslar vasitəsilə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

İstehlakçılar bu layihə çərçivəsində müqavilələrin bağlanması, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.