İQTİSADİYYAT
“ Azərkosmos” və “Network Satellite Technology Trading” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 7 may, AZƏRTAC
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC Birləşmiş Ərəb Əmirliklərinin Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionunda aparıcı peyk xidmətləri təklif edən “Network Satellite Technology Trading” (NSTT) şirkəti ilə müqavilə imzalayıb.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, NSTT şirkəti “Azerspace-1” peykinin resurlarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək. İDirect platforması üzərindən təklif olunan peyk xidmətləri Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən şirkətləri etibarlı rabitə ilə təmin edəcək. “Azərkosmos” və NSTT arasındakı əməkdaşlıq “Azerspace-1” peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək.
Qeyd edək ki, 2002-ci ildə yaradılan NSTT şirkəti dünyanın qabaqcıl kommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]