İQTİSADİYYAT
® “Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
“Bakcell” şirkəti özünün “nomre.bakcell.com” səhifəsini yeni dizaynla istifadəyə verib. Yenilənmiş sayt vasitəsilə abunəçilər istədikləri nömrəni rahatlıqla axtara, kateqoriyalar üzrə seçə və sifariş edə bilərlər.
“nomre.bakcell.com” saytından istifadə etməklə abunəçilər həm 055, həm də 099 prefiksi ilə müxtəlif kateqoriyalı (sadə, bürünc, gümüş, qızıl, platin) nömrələri əldə etmək imkanına malikdirlər. Seçim zamanı nömrənin kateqoriyasına uyğun olan qiyməti ekranda əks olunacaq. İstədiyi nömrə mövcud olduğu təqdirdə, abunəçi sayt vasitəsilə onu sifariş verməli, sonra isə şəxsiyyət vəsiqəsi ilə “Bakcell”in rəsmi diler mağazalarından birinə yaxınlaşmalıdır.
Daha ətraflı məlumat üçün “nomre.bakcell.com” səhifəsinə daxil olun.
Bakcell xidmət və şəbəkə keyfiyyətini müntəzəm qaydada təkmilləşdirməklə abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcək.
Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
2021-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə “Ookla®” tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu gün “Bakcell” şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9 faizini, ölkə ərazisinin isə 92,4 faizini əhatə edir.
“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün xahiş edirik “www.bakcell.com” internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya İngilis dili üçün “www.bakcell.com/en/news”) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.