İQTİSADİYYAT


® “Bakcell” uşaqlara internetdən təhlükəsiz istifadəni öyrədir

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti Azərbaycanın ilk “FTTH” provayderi olan “ENGINET” şirkəti ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakının müxtəlif parklarında uşaqlar üçün təhlükəsiz internetdən istifadəyə həsr olunmuş aksiya təşkil edib. 

Tədbirlər “Təhlükəsiz internet” layihəsi çərçivəsində həyata keçirilib. Valideynlərə və uşaqlara internet mühitindəki zərərli məzmun, internetdən təhlükəsiz istifadə qaydaları, “Bakcell” və “ENGINET” şirkətlərinin birgə hazırladıqları “Təhlükəsiz internet paketi” barədə geniş məlumat verilib.

Qeyd edək ki, “Bakcell” tərəfindən bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz internet paketi” uşaqlar üçün internetdən təhlükəsiz istifadəni təmin edir. Bu internet paketləri və “ENGINET” şirkətinin “İnternet filtrasiya xidməti” sayəsində “Bakcell” abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və arzuolunmaz məzmundan qoruya bilərlər.

“Təhlükəsiz internet” paketi haqqında daha ətraflı məlumat  https://www.bakcell.com/az/internet-safe-internet  səhifəsinə əks olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.