® Britaniya əsilli yeni avtomobillər tezliklə Azərbaycanda
AzerTAg.az
Ölkəmizdə 2021-ci ildə təsis olunan “ASIA Motors” şirkəti qısa zaman ərzində Çinin ən nəhəng avtomobil konserni olan “SAIC Motors” ilə müqavilə imzalayıb və istehsal tarixi 1924-cü ilə söykənən əfsanəvi Britaniya Əsilli MG (Morris Garages) markasının Azərbaycanda yeganə və rəsmi idxalçısı olub. “ASIA Motors” bu markanın bir sıra müasir, komfortlu, erqonomik və təhlükəsiz SUV, sedan, hetçbek və sair ban tipli modellərini Azərbaycana gətirəcək.
Bu barədə “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov məlumat verib.
Bildirilib ki, oktyabr ayının ikinci yarısından etibarən markanın yeni modelləri - “MG RX8”, “MG HS”, “MG ZS”, “MG 5” Babək prospekti, 28 ünvanında yerləşən satış salonunda mövcud olacaq. Eyni zamanda qeyd edib ki, avtomobillər 5 il və ya 150 min kilometr istehsalçı zəmanətinə malikdir. Bu isə öz növbəsində istehsalçının öz məhsuluna olan etibarının bariz nümunəsidir.
Xatırladaq ki, “ASIA Motors” 3S formatında fəaliyyət göstərərək, satış, servis xidməti və ehtiyat hissələrinin satışı fəaliyyətini tam rəsmi olaraq göstərəcək.
Elmir Xəlilov onu da əlavə edib ki, “ASIA Motors” şirkəti, eyni zamanda Çinin “HAIMA” markasının da rəsmi idxalçısıdır və yaxın zamanda ilk dəfə olaraq Azərbaycanda “HAIMA” avtomobilləri şirkət tərəfindən təqdim ediləcək. Bu barədə ictimaiyyətə tezliklə xəbər veriləcək.
Daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edə bilərsiniz.
Telefon: +994 12 525 5151
Mobil: +994 50 400 1924
Email: [email protected]





Xəbərin mətnində orfoqrafik səhv var