İDMAN


 Formula 1 Azərbaycan Qran-Prisinin vauçerlərinin elektron biletlərə dəyişdirilməsi prosesinə başlanılıb

Bakı, 24 may, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər. Vauçerlərin dəyişdirilməsi prosesi iyunun 12-dək davam edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AZƏRTAC-a bildiriblər ki, vauçerləri əldə etmiş bilet sahibləri www.bakucitycircuit.com veb səhifəsindən şəxsi hesablarına daxil olaraq elektron bileti yükləyə bilərlər. Yalnız vauçer üzərində adı qeyd edilən şəxslər həmin vauçeri elektron bilet ilə dəyişə bilər. Elektron biletləri yarış və əyləncə zonasının girişindəki bilet satış məntəqələrindən, eləcə də şəhərin kassalarından əldə etmək mümkündür.

Satış məntəqəsinə yaxınlaşan şəxslərdən vauçeri və şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.

Qeyd edək ki, yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür.

BŞH builki yarışa bilet almış hər bir şəxsə mübadilə prosesini gecikdirməməyi tövsiyə edir.

Xatırladaq ki, hazırda bilet satışı şəhərin kassalarında və eləcə də onlayn formada davam edir. Biletlər və tribunalar ilə bağlı ətraflı məlumatı www.bakucitycircuit.com veb səhifəsindən əldə etmək mümkündür. Həmçinin, elektron biletin üzərində barkod mövcuddur. Tədbirə bir bilet ilə yalnız bir tamaşaçı daxil ola bilər. Eyni biletin birdən çox nüsxəsi təqdim olunduqda yalnız ilk skan olunmuş bilet etibarlı hesab ediləcək. Bu baxımdan azarkeşlərin bilet üzərindəki məlumatları məxfi saxlaması vacibdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.