İQTİSADİYYAT


 “HOREX Caucasus” sərgisində mehmanxana, restoran və supermarketlər üçün avadanlıqlar təqdim olunacaq

Bakı, 14 may, AZƏRTAC

Bakı Ekspo Mərkəzində mayın 15-dən 17-dək davam edəcək maraqlı tədbirlərdən biri də Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisidir (“HOREX Caucasus”).

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən iştirakçılar ilə distribüter və istehsalçılar arasında qarşılıqlı faydalı sövdələşmələrin imzalanması üçün görüşlər təşkil olunacaq. Bundan başqa, ziyarətçilərə mehmanxana, restoran və supermarketlər üçün peşəkar soyuducu avadanlıqlar, mətbəx avadanlıqları, hava təmizləyici sistemlər, mebellər, qablar, turizm üçün mallar (odluqlar, manqallar, qazanlar, şişlər, hisə vermə sobaları), çörəkxana və qənnadı avadanlıqları nümayiş ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.