MƏDƏNİYYƏT


 “İkinci nəfəs” adlı incəsənət sərgisi açılacaq

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 30-da “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr edilən “İkinci nəfəs” adlı incəsənət sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi uşaqların fərdi yaradıcılıq və əl qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin cəmiyyətdə yararsız hesab edilən tullantılardan düzgün istifadə etməklə onların necə yararlı hala gətirildiyini nümayiş etdirməkdir.

Sərgidə uşaqların hazırladığı istifadəyə yararsız olan materiallardan maketlər, Azərbaycanın milli oyuncaqlar, milli atributlar, toxuma nümunələri və İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr edilən xüsusi hazırlanmış eksponatlar təqdim olunacaqdır. İstedadlı uşaqların əl işləri arasında Şuşanın işğaldan azad edilməsi münasibətilə hazırladıqları “Şuşa şəhərinin maketi”, “Xudafərin körpüsü “ və “Konstitusiya Günü” maketləri xüsusi yer tutur.

Sərgidə Qeyri Hökumət Təşkilatları və dövlət orqanlarının nümayəndələri habelə ölkənin tanınmış incəsənət xadimləri iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.