Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

 KOREYA XALQ DEMOKRATİK RESPUBLİKASI MÜDAFİƏ KOMİTƏSİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB KİM ÇEN İRƏ

Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında yaranan dostluq əlaqələri xalqlarımızın mənafeyi naminə daim genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin