Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® “Kapital Bank”: Sadə qaydalara riayət etməklə özünüzü bank dələduzlarından qoruyun

® “Kapital Bank”: Sadə qaydalara riayət etməklə özünüzü bank dələduzlarından qoruyun

Son illər ölkə bankları tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilir. Əhalinin nağdsız ödənişlərə keçməsi, fiziki olaraq pul əsginaslarından istifadə etməməsi üçün müxtəlif aksiyalar, kampaniyalar və maarifləndirmə tədbirləri təqdim edilir. Nağdsız ödənişə keçidin bir çox üstün xüsusiyyətləri var. Lakin əfsuslar olsun ki, kart sahibləri hesablarında olan vəsaitin təhlükəsizliyinə bəzən dırnaqarası baxırlar.

“Kiber cinayətkarlıq” termini son vaxtlar ölkənin gündəmini zəbt edərək, hamımızın diqqət mərkəzindədir. Xüsusən də son aylar ərzində müəmmalı nömrələrdən edilən zənglər, göndərilən SMS-lər bank müştərilərinin dələduzların qurbanına çevrilməsi ilə nəticələnir. Əsasən müasir texnologiyalardan uzaq olan insanlar konfedensial kart məlumatlarını dələduzlara bildirməklə, hesablarında olan vəsaitin ələ keçirilməsinə şərait yaradırlar. Məlumat üçün qeyd edək ki, ölkə üzrə ödəniş kartlarının (məvacib, təqaüd, müavinət, kredit, debit, taksit və sair) böyük hissəsi “Kapital Bank”a məxsusdur. Demək olar ki, elə bir ailə yoxdur orada “Kapital Bank”ın ödəniş kartına sahib olan şəxs olmasın. Ona görə də, dələduzlar zəng etdikdə, ilk olaraq ailədə “Kapital Bank”a məxsus kart sahibi olduğunu dəqiqləşdirirlər. “Kapital Bank” da neqativ halların qarşısının alınması istiqamətində məlumatlandırıcı tədbirləri təşviq edir. Təbii ki, gördüyümüz tədbirlərin hamısını sadalamaq mümkün olmasa da, deyə bilərik ki, dələduzluq hallarının aradan qaldırılması üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik. Lakin bu istiqamətdə müştərilərimizdən də gözləntilərimiz var: heç kimlə, hətta ən yaxın tanışları, qohumları ilə belə kart məlumatlarını paylaşmasınlar. Kart məlumatları dedikdə ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə (PAN), PİN kod, kartın bitmə tarixi, kartın arxasında olan 3 rəqəmli kod (CVV2) və SMS ilə göndərilən birdəfəlik “3DSecure” şifrəsi nəzərdə tutulur. “Card-to-card” köçürməsi üçün kartın üz tərəfinin fotosunu göndərməyə də ehtiyac yoxdur. Sizə pul göndərən şəxsə 16 rəqəmli PAN nömrəni yazmaq və ya “Birbank”da kartın QR kodunu generasiya edib göndərmək kifayətdir. Dələduzlar əksər hallarda özlərini bank nümayəndəsi kimi təqdim edir və konfedensial kart məlumatlarını tələb edirlər. Təqdim edilmədiyi təqdirdə kartın bloka salınacağını bildirirlər. Bu zaman heç də təşvişə düşməyə ehtiyac yoxdur. Heç bir halda bank nümayəndəsi yuxarıda qeyd olunan kart məlumatlarını müştəridən tələb etmir. Amma yenə də kart bloka düşərsə, buna görə də narahat olmaq lazım deyil. Birbank rəqəmsal bankı, “196” Məlumat Mərkəzi və ya filiala müraciət etməklə kartı asanlıqla blokdan çıxarmaq olur.

Ümumiyyətlə, dələduzluq əməliyyatları üzrə məsuliyyət beynəlxalq ödəniş sistemlərinin qaydaları ilə tənzimlənir. Kart vasitəsilə ödəniş əməliyyatlarında satıcı və alıcı iştirak edir. Satıcı qismində POS-terminal və ya veb-sayt ola bilər. Əməliyyatın aparılması şərtlərindən asılı olaraq ödəniş üzrə məsuliyyətin kimin üzərinə düşdüyü təyin edilir. Misal üçün, ödəniş zamanı sayt tərəfindən müştəridən “3DSecure” şifrə istənilirsə və dələduz bu şifrəni düz daxil edərsə, artıq bütün məsuliyyət müştərinin üzərinə düşür. Hamını maraqlandıran suallardan biri də olur ki, müştəri dələduzların qurbanına çevrilibsə, bu zaman nə etməli? Əgər belə bir hal baş verərsə, dərhal kartı bloklamaq, sonra isə banka müraciət etmək lazımdır. Bank əməkdaşı kartın sahibinə dələduzların əməliyyatı və silinmə platforması barədə məlumat təqdim edir. Sonra həmin məlumatlarla birgə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Əgər əməliyyat veb-saytlarda “3Dsecure” şifrənin daxil olunması ilə baş veribsə, beynəlxalq ödəniş sistemlərinin qaydalarına əsasən vəsaitlərin geri qaytarılması mümkün olmur. Əksinə, əməliyyat “3DSecure” yoxlanışını dəstəkləməyən saytda baş verərsə, əməliyyat üzrə məsuliyyət satıcının üzərinə keçir. Bu hallarda ödənişlərin geri qaytarılması baş tuta bilər. Qeyd edək ki, dələduzların qurbanlarına çevrilən bir sıra müştərilərin pullarını geri qaytarmaq mümkün olub.

“Kapital Bank” olaraq bir daha ödəniş kartlarının sahiblərinə müraciət edərək bildirmək istərdik ki, yuxarıda qeyd olunan sadə qaydalara riayət etsinlər. Kartlarının üzərində olan məlumatları, həmçinin SMS vasitəsilə göndərilən “3Dsecure” şifrəni heç bir halda üçüncü tərəfə ötürməsinlər. Kart hesabında olan vəsait, sizin pul qabınızda olan vəsaitlə eynidir. Ona görə də cibinizdə olan pul kimi, kartınızın balansında olan pulların da təhlükəsizliyini təmin etmək mütləqdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”-in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transfromasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Bakıda dünya qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi işə başlayıb

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub VİDEO

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub