İQTİSADİYYAT


® “Kapital Bank” gömrük rəsmiləşdirilməsi üçün güzəştli kredit təklif edir

“Kapital Bank” bizneslə məşğul olan şəxslər üçün daha bir sərfəli məhsul təklif edir. Yeni təqdim olunan məhsul gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulub. Belə ki, məhsul vasitəsilə gömrük rüsumlarının ödənilməsi üçün 60 günədək müddətə, 14 faizdən başlayan faizlə kredit təklif olunur.

Maliyyə təhlili olmadan verilən kreditin maksimal məbləği 100 min manatadək ola bilər. Kredit ödəniş kartı vasitəsilə verilir. Bizneslə məşğul olan şəxsə verilən ödəniş kartı yalnız gömrükdə quraşdırılan POS-terminallarda və onlayn olaraq gömrük ödənişləri üçün istifadə edilə bilər. “Kapital Bank”ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri Bank vasitəsilə məhsullarla bağlı məlumatlarla yanaşı, banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, bu məhsulu almaq istəyənlər qeyd edilən linkə - https://kbl.az/cbpcr, (012) 310-09-99 korporativ məlumat mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.