İQTİSADİYYAT


® “Kapital Bank”ın dəstəyi ilə ənənəvi “Təhsil avtobusu” layihəsi keçirilir

“Kapital Bank” Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramı çərçivəsində keçirilən “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır. Bu il keçirilən “Təhsil avtobusu – Qayıdış” proqramı sentyabrın 14-dək davam edəcək və ümumilikdə 200-dək şagirdi əhatə edəcək.

Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq. Orta göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdlərinə Qarabağ mövzuları əsasında dərslər, həmçinin peşə, sosial sahibkarlıq, natiqlik, sağlamlıq, incəsənət, motivasiya istiqamətində təlimlər və intellektual yarışlar keçiriləcək.

Qeyd edək ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.